Ruslan Əmircanov: "Bu futbolçuların əvəzinə Reynaldonun milliləşdirilməsi çox yaxşı olardı" AÇIQLAMA

20:42 - 23 Avqust 2014

"Tək Reynaldo yox, Almeyda da milliləşdirilsə çox yaxşı olar"
 
"Qəbələ"nin üzvü maraqlı açıqlamalar verib.
 
Sportal.az xəbər verir ki, millinin və "Qəbələ"nin futbolçusu Ruslan Əmircanov millinin son oyunda gənc heyətlə oynaması, Reynaldo və Almeydanın milliləşdirilməsi ilə bağlı açıqlamalar verib: "Milliyə gətirilən əcnəbi futbolçulara heçnə deyə bilmərəm. Bu baş məşqçinin qərarıdır. Bəlkə də bu Özbəkistanla oyun yoxlama oyunu olduğundan futbolçuları yoxlamaq istədi. Bu futbolçuların əvəzinə Reynaldonun milliləşdirilməsi çox yaxşı olardı. O Azərbaycan futbluna  gəlmiş bəlkə də ən güclü legionerdir. Onun Azərbaycan millisinə çox böyük köməyi dəyə bilər. Bunu tək mən yox, millinin bütün üzvləri də deyir. Tək Reynaldo yox, Almeyda da milliləşdirilsə çox yaxşı olar. Bir futbolçu kimi Reynaldo və Almeydanın millidə oynamağının tərəfdarıyam. Onların millimizə seçmə mərhələdə böyük köməyi dəyə bilər".

Xəbər xətti