Bu sözləri “Bakı”nın legioneri Lukas Mario Horvat Sportal.az-a açıqlamasında bildirib. O, komandanın hazırkı durumu ilə bağlı da şərh verdi:
“Bizim komandada gənc futbolçular üstünlük təşkil edir. Belə olanda da komanda üçün çətin olur, çünki rəqibin heyətində təcrübəli futbolçular çoxluq təşkil edir. Ancaq gənc futbolçuların indi oynamağı gələcəkləri üçün yaxşıdır. Onlar hər oyunda əllərindən gələni edirlər, sona qədər vuruşurlar. Baş məşqçimiz də komanda üçün ən yaxşı olanı etməyə çalışır”.
Hazırda komandada 3 legioner qalıb və onlardan biri də Horvatdır. O, “Bakı”da qalmağının səbəbini belə açıqladı:
“Bəzi futbolçuların müqaviləsi başa çatdı, bəziləri də özləri komandadan getdilər. Onların getməyi barədə heç nə deyə bilmərəm. Mənə gəldikdə isə, komanda ilə müqaviləm var, komandaya kömək etməyi özümə borc bildim. Və hazırda da “Bakı”da qalmağımdan məmnunam. Komandadakı maliyyə problemləri də həll olunur, “Bakı” daha güclü komanda olacaq”.