"Futbolçularla bu barədə danışmışam"
Premyer Liqanın 3-cü turunda “İnter” doğma meydanda “Sumqayıt”ı 5:1 hesabı ilə üstələdi. Bununla da “İnter” məğlubiyyətsiz oyunlar seriyasını 3-ə çatdırdı.
Sportal.az xəbər verir ki, "İnter"in baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra bunları dilə gətirib:
"Komandamı təbrik edirəm. Bütün qollar gözəl alındı. Amma etiraf edim ki, topu saxlamaqda müəyyən problemlər vardı. Futbolçularla bu barədə danışmışam. Bunun üzərində çox çalışmaq lazımdır. Biz bu vərdişləri təkrarlamalıyıq. Qarşıda çox çətin oyunumuz var. “Xəzər Lənkəran”la matç çox ağır olacaq. Tez bərpa olunmalı və oyuna hazırlaşmalıyıq”.
saytlarin hazirlanmasi