Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Aqil Məmmədov ilk hissənin sonlarına yaxın yan xətt hakimi Azər Əsgərova etirazını bildirib. Belə ki, bir epizodda topun yan xətti tərk etdiyini düşünən Məmmədov yan xətt hakiminə üzünü tutaraq "Azər, "oçki" tax, "oçki" - deyib. Yan xətt hakimi isə buna biganə qalmayaraq, yüksək səslə "narahat olma, taxacam, taxacam" - cavabını verib. Bundan onra ilk yarı bitənə kimi baş məşqçi və yan xətt hakimi arasında dialoq səngimək bilməyib.