Yeni mövsümün bombardiri: "Əsas məqsədimiz Lənkərandan üç xalla qayıtmaqdır" MÜSAHİBƏ

12:31 - 25 Avqust 2014

"Bunun qazandığımız uğurda da xüsusi rolu var"
 
"İnter" Premyer Liqanın 3-cü turunda "Sumqayıt"ı 5:1 hesabı ilə məğlub edib. Oyundan sonra bu matçda dublla yadda qalan və yeni mövsümdə 3 oyuna 4 qol vuran Mikel Alvaro Sportal.az əməkdaşının suallarını cavablandırıb.
 
-    “Sumqayıt”ı böyükhesabla məğlub etdiniz. Oyun haqqında nə deyə bilərsən?
-    İlk hissə bizim üçün çox ağır oldu, ikinci hissə daha yaxşı oyun göstərib böyükhesabla qələbə qazandıq. İlk hissədə rəqib fərqi azaltdıqdan sonra özümüzü itirmədik və hücumlar edib istədiyimiz qolları vurduq. Layiqli bir qələbə qazandıq. Artıq bu oyun arxada qaldı, növbəti oyun haqda fikirləşməliyik.

-    Ötən mövsüm çempionata çox pis başlamışdınız, ancaq bu mövsüm 3 turdan sonra lidersiniz..
-    Düz vurğuladınız. Bu mövsüm 3 turdan sonra 7 xalımız var. Növbəti həftə səfərdə “Xəzər Lənkəran”ın qonağı olacağıq, bu oyunda da qələbə qazanıb uğurlu çıxışımız davam etdirmək istəyirik. Ötən mövsüm heyətin yarıdan çoxu dəyişmişdi, lakin bu il əsas heyəti qoruyub saxlanılıb. Bunun qazandığımız uğurda da xüsusi rolu var.

-    Növbəti matç “Xəzər Lənkəran”ladır, rəqibiniz 3 oyundan sonra sadəcə 1 xalı var..
-    Bu bizdə qətiyyən arxaynlıq yaratmır. “Xəzər Lənkəran”ın gücü hamıya bələddir, bu mövsüm heyətlərini daha da gücləndirib. Bizim əsas məqsədimiz Lənkərandan üç xalla qayıtmaqdır.

-    Hazırda 3 oyundan sonra 4 qolla bombardirsən. Bu uğuru sona qədər davam etdirə biləcəksən..
-    Bunun üçün danışmaq hələ tezdir. Mənim üçün əsas uğur bombardirlik yox, komandanın çempion olmasıdır. Ancaq qol vuranda da özümü xoşbəxt hiss edirəm.

-    Oyun zamanı bir neçə dəqiqəlik zədələndin. Zədən ciddidir?
-    Birinci hissədə rəqibin ayağı topuğuma tuş gəldi. Az da olsa ağrılar var. Sabah həkim müayinəsindən keçəcəm, ondan sonra nəsə deyə bilmirəm.

Xəbər xətti