Çempionat oyunlarına qayib xatirinə gəlir
Premyer Liqanın 3-cü turu çərçivəsində keçirilən “İnter” – “Sumqayıt” matçında maraqlı hadisə yaşanıb.
Sportal.az xəbər verir ki, bu oyunu izləyənlər arasında U-21 millisinin baş məşqçisi Bernhard Lippert də olub.
Lakin alman mütəxəssis oyunu sona qədər izləməyib. Yox, düşünməyin ki, o, matçın sonlarında meydanı tərk eləyib. “Alman nizam-intizamlı” Lippert 21-ci dəqiqədə, hesab 1:0 “İnter”in xeyrinə olarkən “Şəfa”dan uzaqlaşmağa qərar verib.
Onun bu addımını kənardan izləyərkən adama elə gəlir ki, alman mütəxəssis çempionat oyunlarına qayib xatirinə gəlir. Söz düşəndə, havadarı Elxan Məmmədova desin ki, işləyirəm.
Qeyd edək ki, oyun “İnter”in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
saytlarin hazirlanmasi