Yıldırım Demirören federasiyada islahatlar aparır
Türkiyə Futbol Federasiyasında islahatlara start verilib.Sportal.az xəbər verir ki, federasiyada məsul vəzifədə çalışan şəxslər işdən azad olunublar.
Şenes Erzikin vaxtından bu yana federasiyada çalışan, UEFA-da Həvəskar Futbol Komitəsinin üzvü sayılan Sühil Önən və 4 il baş katibin köməkçisi olan Orhan Ertanhan tutduğu vəzifədən uzaqlaşdırılıb. Adıçəkilən şəxlərlə yanaşı qurumdan 20 nəfərin vəzifəsindən kənarlaşdırıldığı barədə xəbərlər yayılıb.
Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörenin təlimatı ilə qurumda dəyişikliklərin olunması qərara alınıb. TFF başqanı bununla işlərin bitmədiyini deyib: "Yaxın günlərdə məsul vəzifə tutan və işinin öhdəsindən gəlməyən bir neçə nəfər də federasiyadan uzaqlaşdıracaq".
saytlarin hazirlanmasi