Azərbaycan klubunda gözlənilən iclas baş tutdu: "Ya 7 xal qazanacaqsınız, ya da maaşı unudun"

00:02 - 26 Avqust 2014

"Sumqayıt" prezidentindən maraqlı qərar
 
Premyer Liqanın 3-cü turunda "İnter"ə 5:1 hesabı ilə məğlub olan "Sumqayıt"da gözlənilən klubdaxili iclas baş tutdu.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, iclasda klub prezidenti Kamran Quliyev tərəfindən sərt tənqidlər edilib. Hətta klub prezdenti maraqlı qərar qəbul edilib. "Növbəti 3 həftədə ya 7 xal toplayacaqsınız, ya da bir aylıq maaş verilməyəcək"
 
Qeyd edək ki, "Sumqayıt" növbəti turda "Araz Naxçıvan"ı qəbul edəcək.

Xəbər xətti