759 dəqiqəlik həsrətə Qurbanov son qoydu

11:42 - 26 Avqust 2014

"Sumqayıt" 8 oyundan sonra "İnter"ə qol vurdu
 
“Sumqayıt” “İnter”lə qarşılaşmalardakı qol həsrətinə son qoyub.
 
Sportal.az xəbər verir ki, əvvəlki 8 görüşdə paytaxt təmsilçisinin qapısına bir dəfə də olsun yol tapmayan Aqil Məmmədovun yetirmələri Premyer Liqanın III turunun görüşündə uğursuz seriyanı qırıb. “İnter”in 5:1 hesabı ilə qalib gəldiyi oyunun 40-cı dəqiqəsində Məhəmməd Qurbanov ilk qola imza atıb. Bu qol “gənclik şəhəri” təmsilçisinin “İnter”lə görüşlərdəki 759 dəqiqəlik qolsuz seriyasının sonu olub.

Qeyd edək ki, “İnter”lə “Sumqayıt” arasında oyunlarda ilk dəfə böyükhesablı nəticə qeydə alınıb.

 

Xəbər xətti