"Xəzər Lənkəran" və "Qarabağ"ın matçları diqqətdən kənar qaldı
Premyer Liqanın 4-cü tur oyunları 3 gün ərzində keçiriləcək. 29-30 və 31 avqustda reallaşacaq oyunlardan yalnız biri televiziya vasitəsilə tamaşaçılara təqdim olunacaq.
Sportal.az xəbər verir ki, İdman Azərbaycan kanalının proqram sıralamasına görə, kanal 30 avqust, saat 19.30-da "Qəbələ" - AZAL matçını yayımlayacaq. Digər qarşılaşmaları isə internet televiziyası olan "İnter", "Simurq", "Xəzər Lənkəran" kimi komandalar öz rəsmi saytlarında təqdim edəcək.
saytlarin hazirlanmasi