Sportal.az sportinfo.az-a istinadən xəbər verir ki, tanınmış futbol veteranı bu gün Lənkərana gəlib və klub rəhbərliyi ilə görüşüb.
"Xəzər Lənkəran"ın ilk baş məşqçisi indi tanış düşərgəyə köhnə işini davam etdirmək üçün qayıtmayıb.
Süleymanov idman direktoru vəzifəsini tutacaq. Oğuz Çətin qarşıdakı turlarda qarşısına qoyulan məqsədin öhdəsindən gəlməsə, böyük ehtimalla, sükan arxasına məhz Süleymanov gətiriləcək. Mais Mənsimovun ona yeni vəzifəsində çox inandığı bildirilir. Prezident əslən bu bölgədən olan Süleymanova komandanı vəziyyətdən çıxarmaq üçün hər cür dəstək verəcək.