Belə ki, klub rəhbərliyi kamerunlu futbolçu Mbilla Etame və braziliyalı meneceri Mario Souzanı qovmağa qərar verib. 2013-cü ilin avqustunda “Xəzər Lənkəran”a yeni “ampluada” qayıdan sonuncunun fəaliyyəti cəmi 1 il davam edib. 2008-10-cu illərdə futbolçu kimi “ağ-yaşıllar”ın formasını geyən braziliyalı bu klubda 77 oyunda 26 qol vurub.
“Xəzər Lənkəran” karyerası daha qısa olan Etame isə elə ötən ilin avqustunda transfer olunmuşdu. Afrikalı bu müddətdə keçirdiyi 41 matçda 15 qol vurmağı bacarmışdı.
Qeyd edək ki, komandanın rəisi Səməd Mustafayev də bu gün postundan istefa verib.