"O, mənim səhv əvəzetməm idi"
Bu gün Avroliqanın play-off mərhələsinin cavab matçında "Neftçi" doğma meydanda "Partizan"a 2:1 hesabı məğlub olaraq avrokuboklarla vidalaşıb.
Sportal.az xəbər verir ki, oyundan sonra mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev fikirlərini bildirib:
"Azərbaycan tamamşaçasından üzr istəyirəm, hər kəs bizdən qələbə gözləyirdi, amma futbolda belə surprizlər də olur. Oyunun gedişində Nforun qırmızı vərəqə alması komandanı "sındırdı". Fikrimcə, bu gün qismətimizdə qələbə yox idi, ona görə də şərh vermək istəmirəm.
İstefa verməyim barədə söhbət gedə bilməz. "Neftçi"nin pley-off-a kimi gəlməyi elə də pis nəticə deyil. Bu gün alınmadı nə isə.
Bu gün ölüm və olum söhbəti idi. Müdafiə xəttinə təcrübəli futbolçulara yer verdim. Azərbaycan kubokunun oyunlarında Məqsəd İsayevə şans verərdim, onu yandıra da bilərəm. Yəqin ki, o, daimi Azərbaycan çempionatında meydan da olacaq.
Bertuççi həddən artıq iddialı futbolçudur. O, mənim səhv əvəzetməm idi. Amma hesabda geri olduğumuza görə hücumameyilli oyunçular buraxdıq.
Flavinyo oyunun gedişini dəyişə bilər. Amma o indiyə kimi Avropada mənim etimadlarımı doğrultmadı. Oynamayanı çıxarmaq lazımdır. Vobayın əvəzetmsinə gəldikdə isə, o, özü istədi. Yorğun idi.
Mənim Azərbaycan çempionatı üçün yeni futbolçulara ehtiyacım yoxdur. Azərbaycan çempionatının mənim üçün marağı yoxdur, çünki belə oyunlardan sonra çempionata adaptasiyada çətin olur"
saytlarin hazirlanmasi