"Dnepr"in baş məşqçisi: "Qarabağ"ı ciddiyə almalıyıq"

19:14 - 29 Avqust 2014

"Bu iki komandanın Avropada təcrübəsi yetərincədir"
 
Avroliqann qrup mərhələsində "Qarabağ"a rəqib olan "Dnepr"in əvəzedici heyətinin baş məşqçisi Dmitriy Mixaylenko qrupdakı rəqibləri dəyərləndirib.
 
Sportal.az xəbər verir ki, o, püşkə belə münasibət bildirib:
 
"Dnepr"in avrokuboklarda az da olsa, təcrübəsi var. Bu komanda turnirdə "Napoli", "Fiorentina", "Tottenhem" kimi komandalarla başabaş mübarizə aparıb. İndiki duruma gələndə "Dnepr" "İnter" və "Sent Etyen"ə qarşı oynaya bilər. Bu iki komandanın Avropa Liqasında təcrübəsi yetərincədir. Sözsüz ki, bu komandalar avrokuboklarla yanaşı diqqətlərini öz ölkə çempionatına da ayıracaqlar. O ki qaldı "Qarabağ"a, bu komanda "pley-off"da Hollandiyanın "Tvente"sini mübarizədən kənarlaşdırıb. Digər tərəfdən "Qarabağ"ın ÇL-də "Zalsburq"a qarşı çox gözəl oyun sərgilədiyindən də xəbərimiz var. Ona görə də, bu komandanı ciddiyə almalıyıq. Qrupdan maksimum nəticə əldə edib növbəti mərhələyə çıxmaq şansımız var".

Xəbər xətti