Fərid Quliyev: "Məni hətta vurduğum 11 qoldan sonra da yığmaya dəvət etmədilər"
Azərbaycan millisinin sabiq hücumçusu Fərid Quliyev yığma komanda ilə bağlı fikirlərini açıqlayıb. Sportal.az Azerisport.az-a istinadən xəbər verir ki, "Sumqayıt"ın forvardı bunları söyləyib:
"Məni hətta vurduğum 11 qoldan sonra da yığmaya dəvət etmədilər. Buna baxmayaraq, üzərimdə işləyirdim, dəvət gözləyirdim. Ölkənin bir nömrəli komandasına dəvət almağa layiq olmalısan. Hər yerdə belədi. İndi bir top vuran futbolçunu milliyə dəvət edirlər. Bu, hardasa anlaşılmazdı. Hər şey bu qədər sadə olmamalıdı. Yerli hücumçulara legionerlər qədər inam yoxdu. Yadımdadı, Nikolas Kanales onda 11 tur qol vura bilmədi, amma sonra 20 top vurdu. Yerli hücumçuların heç birinə bu qədər səbr göstərməzdilər".
saytlarin hazirlanmasi