Millimizin oyununda isveçrəli hakimlər
	AÇ-2016-nın seçmə mərhələsində keçiriləcək Xorvatiya - Azərbaycan oyununun hakimləri bəlli olub.
	
	Sportal.az xəbər verir ki, oktyabrın 13-də baş tutacaq oyun isveçrəli hakimlərə tapşırılıb.
	
	Osiyek şəhərindəki görüşün baş hakimi Stefan Ştuder olacaq. Ona Sandro Pozzi və Jin-Yves Viçt köməklik edəcəklər. Vital Jobin isə dördüncü referi funksiyasını yerinə yetirəcək.
     
                    