"Barselona"nın və Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo Meksika klubunun heyətində meydana çıxacaq.
Sportal.az xəbər verir ki, Ronaldinyo Meksikanın 3-cü divizionunda çıxış edən "Sinko Estrelyas Deportivo" klubu ilə anlaşıb. Ancaq anlaşma cəmi bir oyunluq nəzərdə tutulub.
Məşhur futbolçu bu komandanın heyətində yoldaşlıq görüşündə meydana çıxacaq. Qarşılaşma dekabrın 3-də keçiriləcək.
Xatırladaq ki, bir müddət əvvəl Ronaldinyo bildirmişdi ki, karyerasını bitirmək niyyətində deyil və bir il də futbol oynamaq istəyir.