Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında ilk 1/4 finalçılar müəyyənləşib.
Sportal.az xəbər verir ki, bunlar Paraqvay və Rusiya yığmalarıdır. Paraqvay 1/8 finalda Kolumbiyanı penaltilərlə üstələyib. Onların 1/4 finaldakı rəqibi Braziliya - İran görüşünün qalibi olacaq.
Rusiya isə Vyetnama qalib gəlib - 7:0. Ruslar 1/4 finalda İspaniya - Qazaxıstan matçının qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, millimiz 1/8 finalda Tailandla üz-üzə gələcək.
saytlarin hazirlanmasi
