Pako Ayestaranla yollarını ayıran “Valensiya” baş məşqçi postu ilə bağlı axtarışları davam etdirir.
Sportal.az xəbər verir ki, “yarasalar”ın baş məşqçi postuna ən real namizəd kimi Roberto Mançini göstərilir. Məlumata görə, “Valensiya” rəhbərliyi “İnter”in keçmiş baş məşqçisiylə danışıqlara başlayıb.
Hazırda “Valensiya”nı müvəqqəti olaraq komandanın keçmiş futbolçusu Salvador Qonsales çalışdırır.
Qeyd edək ki, "Valensiya"nın La Liqada 4 turdan sonra hesabında xalı yoxdu.
saytlarin hazirlanmasi