Bir az öncə saytımıza "Kəpəz"in futbolçusu Vüqar Bəybalayevin "Sumqayıt"la oyundan sonra əvəzedici heyətə göndərilməsi ilə bağlı məlumat daxil olmuşdu. Bəybalayev Sportal.az-a açıqlamasında bu xəbəri təkzib edib.
"Belə bir söhbət yoxdur, Əvəzedici heyətə göndərilməyimlə bağlı xəbəri oxuyanda çox məyus oldum. Bilmirəm, belə söhbətlər haradan və necə çıxıb. Hazırda bütün fikrimi "Qarabağ"la oyuna yönəltmişəm və məşqlərimi də əsas komandayla davam etdirirəm".
saytlarin hazirlanmasi