"Kəpəz"in hansı futbolçusu "Qarabağ"la oyunu buraxacaq?

12:06 - 25 Sentyabr 2016

Azərbaycan Premyer Liqasının IV turunda Gəncə şəhər stadionunda "Qarabağ”ı qəbul edəcək "Kəpəz” dünən Gəncəyə gəlib.

 

Sportal.az xəbər verir ki, oteldə yerləşdikdən sonra bir müddət istirahət edən komanda saat 17:00-da məşqə çıxıb.
 
"Sarı-göylər”in oyun öncəsi son hazırlığı matçın keçiriləcəyi arenada olub. Məşq 45 dəqiqə davam edib. Komandanın heyətində cəzalı olmasa da, zədəli futbolçu var. Müdafiəçi Tural Nərimanov Bakıda məşq zamanı zədəsini təzələdiyindən Gəncəyə gətirilməyib.

 

Xəbər xətti