Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatı davam edir.
Sportal.az xəbər verir ki, çempionatda 1/4 final mərhələsinin iki oyunu baş tutub. İran Paraqvaya (4:3, əlavə vaxtda), Rusiya isə İspaniyaya (6:2) qalib gələrək, yarımfinala vəsiqə qazanıb. İran sentyabrın 28-də keçiriləcək yarımfinal görüşündə Rusiya ilə qarşılaşacaq.
Azərbaycan millisi isə 1/4 finalda Portuqaliya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 03:00-da start başlayacaq.
