"Kəpəz"in müdafiəçisi sıradan çıxdı

16:20 - 25 Sentyabr 2016

"Kəpəz" Premyer Liqanın 6-cı turu çərçivəsində doğma meydanda "Qarabağ"ı qəbul edir.

 

Sportal.az xəbər verir ki, hazırda ikinci hissəsi davam edən matçda Gəncə təmsilçisi ciddi itki ilə üzləşib. Belə ki, qarşılaşmanın 30-cu dəqiqəsində "sarı-göylər"in mərkəz müdafiəçisi Şəhriyar Rəhimov zədələnib.

 

Gənc müdafiəçi oyunu davam etdirə bilməyib. Şahin Diniyev onu Azad Kərimovla əvəzləyib.

Xəbər xətti