Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında yarımfinal mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, ilk yarımfinal qarşılaşmasında Rusiya ilə İran üz-üzə gəlib. Oyun Rusiyanın qələbəsilə başa çatıb - 4:3. Şimal qonşularımız finalda Argentina - Portuqaliya cütünün qalibiylə qarşılaşacaq. Rusiya yığması tarixində ilk dəfə dünya çempionatının finalında oynayacaq.
Qeyd edək ki, Argentina - Portuqaliya oyunu bu gecə Bakı vaxtı ilə saat 04:00-da keçiriləcək.