"Valensiya"nın yeni baş məşqçisi məlum oldu

01:11 - 29 Sentyabr 2016

Pako Ayestaranı istefaya göndərən "Valensiya"nın yeni baş məşqçisinin adına aydınlıq gəlmək üzrədir.

 

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi italyan mütəxəssis Çezare Prandelli ilə razılıq əldə edib. Bu barədə İspaniya mərbuatı iddia irəli sürüb. 59 yaşlı çalışdırıcı ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacağı gözlənilir.

 

Qeyd edək ki, Prandellinin son iş yeri Türkiyənin "Qalatasaray" klubu olub. İstanbul klubu ilə 2014-cü ildə yollarını ayıran mütəxəssis o zamandan işsizdir.

Xəbər xətti