Dünya çempionatının finalçıları məlum oldu

10:44 - 29 Sentyabr 2016

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında ikinci finalçı da müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, yarımfinal mərhələsinin oyununda Argentina və Portuqaliya milliləri qarşılaşıb. 1/4 finalda Azərbaycan millisini mübarizədən kənarlaşdıran Portuqaliya bu dəfə məğlub olub - 2:5. Beləliklə, finalda Rusiya və Argentina üz-üzə gələcək. Həlledici oyun oktyabrın 1-i keçiriləcək.
 
Futzal üzrə dünya çempionatı
Yarımfinal
28 sentyabr

Argentina – Portuqaliya – 5:2
 
3-cü yer uğrunda oyun
1 oktyabr

21:00. İran - Portuqaliya
 
Final
1 oktyabr

23:30. Rusiya - Argentina

Xəbər xətti