Futzal üzrə DÇ-2016-nın yarımfinal mərhələsinin oyunlarından sonra ən çox qurtarış edən qapıçıların siyahısı açıqlanıb.
Sportal.az xəbər verir ki, siyahıda dəyişikliklər baş verib. 2 oyun oynamayan millimizin qapıçısı Rövşən Hüseynli liderliyini əldən verib və 2-ci pillədə qərarlaşıb. Aktivində 64 qurtarışı olan Rövşən 4 oyunda qapısına vurulan zərbələrin 81 faizini dəf etməyi bacarıb.
Siyahıda 1-ci pillənin sahibi 68 qurtarışla İran millisinin qapıçısı Əlirza Səmimidir.
Xatırladaq ki, millimiz dünya çempionatının 1/4 final mərhələsində Portuqaliyaya uduzaraq mübarizəni dayandırıb. Həmin görüşdə Hüseynli cəza səbəbindən çıxış etməmişdi.
saytlarin hazirlanmasi