Norveçin millimizlə oyun üçün heyəti məlum oldu

15:20 - 29 Sentyabr 2016

Norveç millisinin DÇ-2018-in seçmə mərhələsində Azərbaycan və San Marino yığmalarına qarşı oyunlar üçün heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, norveçlilərin baş məşqçisi Per Matias Hoqmo 22 futbolçuya dəvət göndərib:

 

Qapıçılar: Andre Hansen ("Rusenborq"), Rune Yarsteyn ("Herta", Almaniya), Oryan Niland ("İnqolştadt", Almaniya);

 

Müdafiəçilər: Haytam Aleesami ("Palermo", İtaliya), Veqar Eggen Hedenstad ("Sankt Pauli", Almaniya), Even Hovland ("Nürnberq", Almaniya), Stefan Strandberq ("Hannover", Almaniya), Yonas Svensson ("Rusenborq");

 

Yarımmüdafiəçilər: Markus Henriksen ("Hall Siti", İngiltərə), Ruben İtterqard Yenssen ("Qroningen", Hollandiya), Stefan Yohansen ("Fulhem", İngiltərə), Havard Nordtveyt ("Vest Hem", İngiltərə), Martin Samuelsen ("Blekbern", İngiltərə), Ole Kristian Selnes ("Sent-Etyen", Fransa), Per Kilyan Skyelbred ("Herta", Almaniya), Aleksander Tettey ("Norviç", İngiltərə);

 

Hücumçular: Jo İnqe Berget ("Malmö", İsveç), Adama Diomande ("Hall Siti", İngiltərə), Tarik Elyunussi ("Olimpiakos", Yunanıstan), Pol Andre Elland ("Rusenborq"), Joşua Kinq ("Bornmut", İngiltərə), Aleksander Sorlot ("Qroningen", Hollandiya).

 

Qeyd edək ki, Norveç millisi oktyabrın 8-də Bakıda yığmamızla, üç gün sonra isə Osloda San Marinoyla üz-üzə gələcək.

Xəbər xətti