Bolqarıstan milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, millinin sükanı Petar Xubçevə həvalə olunub. Bu barədə Bolqarıstan Futbol Federasiyasının saytından məlumat verilib. 52 yaşlı mütəxəssis istefaya göndərilən İvaylo Petevi əvəz edib.
Qeyd edək ki, P.Xubçev məşqçilik karyerası ərzində Bolqarıstanın müxtəlif klublarını, Almaniyanın "Volfsburq" və "Ayntraxt"ın ikinci komandalarını çalışdırıb.
saytlarin hazirlanmasi