UEFA 2 klubu cəzalandırdı

15:30 - 30 Sentyabr 2016

UEFA-nın İntizam Komitəsi “Seltik” və "Legiya" klublarını cəzalandırıb.


Sportal.az xəbər verir ki, Şotlandiya klubu Çempionlar Liqasının təsnifat mərhələsində İsrail “Hapoel”i ilə keçirilən oyunda qaydaları pozduğu üçün cəzaya məruz qalıb. Fanatlar stadiona Fələstin bayrağı gətirdikləri üçün klub 10 min avro cəzalanıb.


UEFA Polşanın "Legiya" klubunu isə 1 oyun azarkeşsiz oynamaq cəzası verib. Buna səbəb Varşava klubunun azarkeşlərinin ÇL-nın ilk turunda "Borussiya" ilə oyunda meydana yad əşyalar atması olub.

Xəbər xətti