ÇL-da həftənin ən yaxşısı "Beşiktaş"ın futbolçusu oldu

15:41 - 30 Sentyabr 2016

Çempionlar Liqasında 2-ci turun görüşləri arxada qalıb.

 

Sportal.az xəbər verir ki, 2-ci turun ə yaxşı futbolçusu məlum olub. Azarkeşlərin səsverməsinə əsasən "Beşiktaş"ın portuqaliyalı futbolçusu Rikardo Kuarejma həftənin ən yaxşı oyunçusu seçilib. O, səslərin 41 faizini toplamaqla 1-ci olub.

 

Qeyd edək ki, "Beşiktaş" - "Dinamo" Kiyev (1:1) matçında İstanbul klubunun qolunu Kuarejma vurmuşdu.

Xəbər xətti