Adil Şükürov: "Heç bir komandadan zəif deyilik" MÜSAHİBƏ

17:28 - 30 Sentyabr 2016

Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə "İnter"lə heç-heçə edən (1:1) "Zirə"nin baş məşqçisi Adil Şükürov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Şükürov oyunla bağlı bunları deyib:

 

- İlk növbədə bizi dəstəkləyən insanlara , azarkeşlərə təşəkkür edirəm. Komandama isə ikinci hissədə sərgilədiyi oyuna görə təşəkkür edirəm. Bizim üçün kritik vəziyyət idi. Mütləq qalib gəlməli idik. İlk hissədə rəqib, ikinci hissədə biz yaxşı oynadıq. Hazırda hücum xəttində problemlərimiz var. Çalışacağıq ki, fasilədə bu çatışmazlığı aradan qaldıraq.

 

- Sanki futbolçular arasında anlaşılmazlıq var. Oyun zamanı bir neçə dəfə söyüş səsləndi. 
- Futbol hisslərlə oynanılır. Buna görə də, belə şeylər olur. Ancaq olmamalı idi.

 

- Komandanız ötən ilkindən zəif təsir bağışlayır... 
- Komanda öz potensialını tam göstərə bilmir. Göstərdiyimiz futbola baxanda görürük ki, heç bir komandadan zəif deyilik. Sadəcə, oyun üslubumuzu dəyişdiyimizdən, bir qədər çətindi. Gələn oyunlarda vəziyyətin düzələcəyinə ümid edirəm.

 

- Sizin üçün kritik oyun olduğunu dediz. Rəhbərlikdən təzyiq var? 
- Xeyr. Kritik vəziyyət futbolçular arasındadı. Xal qazana bilməyəndə futbolçular arasında stress yaranır.

 

- Fasilə "Zirə"yə necə təsir göstərəcək? 
- Məncə, bizim xeyrimizə olacaq. Çalışacağıq, heyətdə olan çatışmazlıqları həll edək.

 

- Legionerlərin heyətə tam uyğunlaşmaması normaldı. Bəs Muradla bağlı problem nədi? 
- O, hələ ki, tam hazır deyil. Bu gün ilk hissədə zəif təsir bağışladığına görə onu Şemonayevlə əvəzlədim. Belə olduğu halda, Təmkin Xəlilzadəni müdafiədən yarımmüdafiə xəttinə çəkdim. Futbolçularda eniş dövrü olur. Ümid edirəm ki, o, tezliklə bunu bərpa edəcək. (Komanda.az)

Xəbər xətti