Dünya çempionatında 3-cü yerin sahibi məlum oldu

00:44 - 2 Oktyabr 2016

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının bürünc mükafatçısı bəlli olub.

 

Sportal.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə İran və Portuqaliya yığmaları qarşılaşıb. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.  Əlavə vaxtda hesab dəyişmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib . Burada daha dəqiq olan İran millisi 4:3 hesablı qələbə qazanaraq bürünc mükafata sahib olub.

 

Qeyd edək ki, İran millimizlə qrup mərhələsində 3:3 hesablı heç-heçə etmişdi. Portuqaliya isə yığmamızı 1/4 final mərhələsində kənarlaşdırmışdı.

Xəbər xətti