Argentina dünya çempionu oldu

01:44 - 2 Oktyabr 2016

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının qalibi müəyyənləşib.


Sportal.az xəbər verir ki, final görüşündə Rusiya və Argentina yığmaları üz-üzə gəlib. Oyunda 5:4 hesabı ilə qalib gələn Argentina millisi mundialın qalibi olub.


Qeyd edək ki, turnirin bürünc medallarını Portuqaliyanı məğlub edən İran millisi qazanıb.

 

Xatırladaq ki, Azərbaycan millisi mundialda 1/4 finala qədər yüksəlib və yarımfinala gedən yolda Portuqaliya yığmasına 2:3 hesabı ilə məğlub olub.

 

Xəbər xətti