Millimiz dünya reytinqində mövqeyini qorudu

12:02 - 3 Oktyabr 2016

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.
 
Sportal.az xəbər verir ki, millimizin mövqeyində dəyişiklik olmayıb. Futzalçılarımız dünya reytinqində 10-cu pillədə qərarlaşıb.
 
Qeyd edək ki, siyahıya  Braziliya yığması başçılıq edir. Son Avropa çempionu İspaniya 2-ci pillədədir. Rusiya yığması isə 3-cü pillədə yer alıb. DÇ-2016-nın qalibi olan Argetina isə 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti