"Sumqayıt"da istirahət başa çatdı

14:14 - 4 Oktyabr 2016

Premyer Liqanın son turunda AZAL-la qarşılaşan (1:1) "Sumqayıt" 2 günlük istirahəti başa vurub.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da məşqə çıxıb. Hazırlığın ilkin mərhələsində daha çox fiziki hazırlığa üstünlük verən "Sumqayıt" daha sonra toplu çalışmalarla məşqi tamamlayıb. 


Qeyd edək ki, Tərlan Əhmədli, Yusif Nəbiyev və Azər Salahlı U-21 millimizin heyətində olduğu üçün hazırlığa qatılmayıb.

Xəbər xətti