“Real” Madridin zədəli futbolçusu Xames Rodrigez müalicəsinə öz ölkəsində davam edəcək.
Sportal.az xəbər verir ki, La Liqanın VII turunda “Eybar”la oyunda sıradan çıxan yarımmüdafiəçi ölkəsində müayinə olunub.
25 yaşlı futbolçunun millidə oynaya bilməyəcəyi üçün İspaniyaya – klubun düşərgəsinə dönəcəyi gözlənilsə də, həkimlər buna icazə verməyiblər. Belə ki, əzələsindən zədələnmiş Xames vətənində müalicə olunacaq və sağalandan sonra İspaniyaya yollanacaq.
