“Ağsu” Futbol Klubu Peşəkar Futbol Liqasına məktub ünvanlayıb.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, klub 2016/2017-ci illər mövsümündə Azərbaycan kuboku uğrunda yarışlarda iştirak etməyəcəyini bildirib.
Beləliklə, kubok uğrunda 18 komanda mübarizə aparacaq.
Xatırladaq ki, "Mil Muğan", "Energetik" və "Göyəzən" də yarışa qatılmaqdan imtina etmişdi.
saytlarin hazirlanmasi