DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Norveç yığmasının dayaq yarımmüdafiəçisi Hovard Nordtveyt zədələndiyi haqda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, "Vest Hem"in futbolçusunun əvəzinə milliyə yeni oyunçu dəvət edilib. Norveçin çalışdırıcısı Per Matias Hoqmo millimizlə oyun üçün "Molde"nin müdafiəçisi Lunan Ruben Qabrielsenə dəvət göndərib.
Qeyd edək ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç matçı saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi