DÇ-2018-in təsnifat mərhələsində milli komandamızın rəqibi olan Çexiyanın heyətində ciddi itkilər var.
Sportal.az xəbər verir ki, millinin üzvləri Yaroslav Drobnı və Martin Fridek sıradan çıxıb. Hər iki futbolçu heyətdən kənarlaşdırılıb. Baş məşqçi Karol Yarolim Drobnının əvəzinə "Slaviya"nın qapıçısı İrji Pavlenko heyətə daxil edilib. Fridek isə hələ ki, heç kəslə əvəzlənməyib.
Qeyd edək ki, bu iki futbolçudan başqa zədəsi olan Milan Şkoda da heyətdən kənarlaşdırılmışdı.
Xatırladaq ki, millimiz Çexiya ilə oktyabrın 11-də səfərdə qarşılaşacaq.
saytlarin hazirlanmasi