Bu gün Azərbaycan Kubokunda 2016/17-ci illər mövsümünün püşkatma mərasimi baş tutacaq.
Sportal.az xəbər verir ki, 18 komandanın iştirakı ilə püşkata mərasimi AFFA-nın inzibati binasında keçiriləcək.
Premyer Liqa təmsilçiləri "Qarabağ”, "Zirə”, "Qəbələ”, "İnter”, "Kəpəz”, "Neftçi”, AZAL, "Sumqayıt” yarışa 1/8 finaldan başlayacaq. Bundan başqa I divizionun "Rəvan”, "Qaradağ Lökbatan”, MOİK, "Şəmkir”, "Zaqatala”, "Turan Tovuz”, "Bakılı”, "Şahdağ”, "Şərurspor” və "Səbail” klubları da kubokda öz qüvvəsini sınayacaq.
Öncə 1/16 final mərhələsinin iki cütü bəlli olacaq. Bu raundda I divizion təmsilçiləri görüşəcək.
Ardınca 1/8 finalın 8 cütü müəyyənləşəcək. Bunlardan 6-da iki komanda yer alacaqsa, 2-də bir klub ilk mərhələdəki cütlüyün qalibini gözləyəcək.
Kubokun 1/16 final mərhələsi oktyabrın 12-də baş tutacaq. 1/8 final isə dekabrın 2-3-nə planlaşdırılıb.
Qeyd edək ki, ilk oyunlar dekabrın 11-13-də, cavab qarşılaşmaları 20-21-də oynanılacaq.
saytlarin hazirlanmasi