DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Belorus və Fransa ilə qarşılaşacaq Hollandiya millisinin heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "narıncılar"ın aparıcı üzvlərindən olan Aryen Robben bu matçlarda iştirak edə bilməyəcək. Buna səbəb "Bavariya"nın ulduz futbolçusunun zədələnməsi olub.
Belə ki, 32 yaşlı yarımmüdafiəçi qabırğasından zədələnib. Bu barədə məlumatı Hollandiya milli komandasının baş məşqçisi Denni Blind verib: "Aryenlə bu səhər danışdım. Matça hazır deyil və bizimlə gəlmir".
saytlarin hazirlanmasi