DÇ 2018-in seçmə mərhələsinin G qrupunda 2-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Ansi Aqollinin şərəfini qoruduğu Albaniya milli komandası səfərdə Lixtenşteynin qonağı olub. Qarşılaşma qonaqların 2 - 0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Aqolli bu matçı ehtiyat oyunçular skamyasından izləyib.
Lixtenşteyn - Albaniya 0:2
QOLLAR: Peter Jele, 11 (öz qapısına), Bekim Balaj, 71
saytlarin hazirlanmasi