Xorvat azarkeşlərdən FİFA-ya şikayət edildi

17:47 - 7 Oktyabr 2016

DÇ-2018-in I qrupunda dünən gecə baş tutan Kosova - Xorvatiya matçı qalmaqalla yadda qalıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan öncə xorvat azarkeşlərinin irqçi şüarlar səsləndirdiyi məlum olub. Albaniyada oynanılan görüşdən öncə xorvatların "Serbləri öldürün!", "Serbiya düşmənimizdir" kimi şüarları Serbiya mətbuatında geniş yer alıb.

 

Serbiya Futbol Federasiyasının fanatların bu görüntülərini FİFA-ya göndərildiyi və onların cəzalandırılmasını tələb etdiyi məlum olub.

 

Qeyd edək ki, Kosova - Xorvatiya qarşılaşması qonaqların 6 - 0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti