Super Liqa klubunda yeni baş məşqçi

19:06 - 7 Oktyabr 2016

Türkiyə Super Liqasında mübarizə aparan "Antalyaspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Antalya təmsilçisi Rza Çalımbayla razılığa gəlib. Son olaraq "Kasımpaşa"nı çalışdıran təcrübəli mütəxəssislə 2 illik razılıq əldə olunub. Çalımbay Antalyaya gələrək rəsmi müqaviləyə imza atacaq.

 

Qeyd edək ki, 53 yaşlı mütəxəssis bu postda portuqaliyalı Joze Moraisi əvəz edəcək.

Xəbər xətti