"Neftçi"nin zədəlilərindən xəbər var: 9 ay oynamayacaq

13:03 - 8 Oktyabr 2016

"Neftçi”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın tibbi-bərpa mərkəzi bununla bağlı məlumat yayıb.

 
Məlumatda bildirilir ki, “Neftçi”nin əsas heyətinin üzvü Elşən Abdullayev müalicə və bərpa prosesini davam etdirir. Futbolçu hazırda fərdi məşqlər edir. Yarımmüdafiəçinin oktyabrın 10-da komanda ilə məşqlərə cəlb olunacağı planlaşdırılır.

 

Cavid İmamverdiyev sol budundan aldığı zədədən müalicə olunur. Komanda ilə məşqlərdən kənarda qalan yarımmüdafiəçinin 3-4 həftəyə sağalacağı gözlənilir.

 

Katalin Tira ayaq əzələsindəki zədədən müalicə olunur. Hücumçu oktyabrın 10-da komanda ilə məşqlərə qoşulacaq.

 

Kamran Nəcəfzadə isə sağ dabanının zədəsinə görə Almaniyada müayinə olunub. Almaniyalı mütəxəssislərin rəyinə görə, yarımmüdafiəçiyə cərrahi müdaxilə olunmasına ehtiyac var. Əməliyyatdan sonra bərpanın müddəti 9 aydır.

Xəbər xətti