Körpüdən yıxılan azarkeşin xərclərini AFFA üzərinə götürdü

15:43 - 9 Oktyabr 2016

Azərbaycan – Norveç matçından öncə Bakı Olimpiya Stadionuna gedərkən körpüdən yıxılan azarkeşlə vəziyyəti ağır olaraq qalır.

 

Sportal.az xəbər verir ki, bədbəxt hadisə ilə üzləşən Nahid Zahidovun bütün xərcləri AFFA tərəfindən qarşılanacaq. Zərərçəkənin valideynləri ilə dünən axşam əlaqə saxlanılıb və hərtərəfli yardım ediləcəyi bildirilib.

 

Zahidov hazırda reanimasiyadadır.

 

Xəbər xətti