Çexiya millimizlə matça itkilərlə çıxacaq

17:35 - 10 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsində milli komandamız səfərdə Çexiyanın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, meydan sahiblərinin heyətində ciddi itkilər var. Belə ki, yarımmüdafiəçilər, David Pavelka və İrji Skalaka sabahkı oyunu buraxacaq. Pavelka cəzalı, Skalaka isə zədəlidir.

 

Zədə səbəbindən Almaniya ilə oyunda iştirak edə bilməyən Milan Şkoda isə artıq məşqlərə başlayıb. 30 yaşlı hücumçu millimizlə matçda iştirak edə biləcək.

 

Qeyd edək ki, Çexiya - Azərbaycan qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xəbər xətti