Milli komandanın avtobusu yandı FOTO

17:49 - 10 Oktyabr 2016

İsveç milli komandasının avtobusunda yanğın baş verib.

 

Sportal.az xəbər verir ki, hadisə millinin təlim-məşq toplanışında olduğu zaman baş verib. Yanğına qısa zamanda müdaxilə edilib və qarşısı alınıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

 

Yanğın zamanı xoşbəxtlikdən avtobusun içində heç kəs olmayıb, lakin avtobus yararsız hala düşüb.

 

Qeyd edək ki, İsveç millisi bu gecə DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində doğma meydanda Bolqarıstanla qarşılaşacaq.

 

Xəbər xətti