"Zenit"in baş məşqçisi Mirça Luçesku Pep Qvardiola və Joze Mourinyo haqqında danışıb.
Sportal.az xəbər verir ki, rumın mütəxəssis ölkəsinin "Dolce Sport" televiziyasına açıqlamalar verib. 71 yaşlı çalışdırıcı Mourinyo və Qvardioladan fərqli bir oyun tərzinin olduğunu bildirib:
"Mourinyo inanılmaz bir insandı. Ammam mənim stilim ondan tamamilə fərqlidi. Mən hücum futbolunu sevirəm. Komandalarım hər zaman qolu düşünür. Mourinyo və Qvardiola hər ikisi yaxşı məşqçidir".
saytlarin hazirlanmasi